"Kursk əməliyyatının başlamasında Trampın seçilmə ehtimalının rolu böyükdür, çünki..." - AÇIQLAMA

"Kursk əməliyyatının başlamasında Trampın seçilmə ehtimalının rolu böyükdür, çünki..." - AÇIQLAMA

Ötən gün Donald Tramp İlon Maska müsahibəsi zamanı Ağ Evin rəhbəri olduğu dövrdə Rusiya prezidentini dəfələrlə Ukraynaya hücum planından çəkindirməyə çalışdığını deyib.  Hakimiyyətdə olduğu dövrdə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu xatırladan Tramp bildirib ki, prezident seçildikdən sonra Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tramp əvvəllər də oxşar məzmunlu açıqlamalar verib və onun yenə bu mövzuya qayıtması prezident seçkiləri kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir:

 

“ABŞ-də Demokratlara nisbətən Respublikaçıların Rusiya ilə münasibətləri daha yaxşıdır. Bu, Donald Trampın hakimiyyəti dövründə aydın görünürdü. O zaman rəsmi Vaşinqton Moskvaya qarşı bu qədər radikal deyildi. Düşünmək olar ki, bu dəfəki prezident seçkilərində yenə Tramp hakimiyyətə gəlsə, Rusiya ilə bağlı siyasət qismən daha yumşaq olacaq. Bu isə o deməkdir ki, ABŞ Ukraynanı əvvəlki kimi dəstəkləməyəcək.Tramp hakimiyyətə gələndən sonra müharibənin yaxın vaxtda bitməsi mümkündür, amma bu, Ukraynanın xeyrinə olmayacaq. Güman ki, D.Tramp hakimiyyətə gələcəyi təqdirdə Kiyevə dəstəyi kəskin şəkildə azaldacaq. Beləliklə, müharibənin Rusiyanın xeyrinə başa çatmasına şərait yaranacaq”.

 

Şərhçi bildirib ki, Ukrayna hakimiyyəti tələsməlidir:

 

“ABŞ-dəki prezident seçkilərinə qədər Ukrayna nəinki taktiki, həm də strateji uğur əldə etməyə çalışmalıdır. Son günlər Rusiyanın Kursk vilayətində baş verənlər fonunda Ukraynanın qismən təşəbbüsü ələ alması da məhz Demokratların seçki kampaniyasının bir hissəsidir. Niyə çoxdan gözlənilən F-16 qırıcı təyyarələri məhz indi Ukraynaya verildi? Niyə məhz indiki məqamda Kiyevin üstünlüyü ələ almasına şərait yaradıldı? Fikrimcə, bu, təsadüfi deyil. Ola bilsin ki, mövcud ABŞ hakimiyyəti bu yolla həm daxildə, həm də beynəlxalq ictimaiyyət arasında özünə xal qazanmağa çalışır. Ağ Ev Ukrayna hakimiyyətinə həm də mesaj verməyə çalışır ki, onun taleyi üçün Demokratların hakimiyyətdə qalması zəruridir. Ukraynadakı müharibənin nəticəsi xeyli dərəcədə ABŞ-dən və bu dövlətdəki prezident seçkilərinin nəticəsindən asılıdır”. 

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...