"Növbəti hərbi toqquşma olarsa, bunun məsuliyyətini həm də Fransa daşıyacaq" - ŞƏRH

"Növbəti hərbi toqquşma olarsa, bunun məsuliyyətini həm də Fransa daşıyacaq" - ŞƏRH

“Fransanın Ermənistanı silahlandırması regionda yeni müharibəyə hazırlıqdan xəbər verir.İrəvan dərk etməlidir ki, Fransa heç də dost dövlət deyil və Ermənistanı gücləndirmək məqsədi güdmür. Parisin yeganə məqsədi hər vəchlə Cənubi Qafqazda gərginliyi saxlamaqdır. Ona görə də Ermənistanın zəifləməsi də onu manipulyasiya etməyin asan olması baxımından Fransa üçün sərfəlidir”.

 

Bu fikir Türkiyənin “HaberDeğer” nəşrində dərc olunan materialda qeyd olunub.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov iki məqama diqqət çəkib:

 

“Birincisi, Fransanın Cənubi Qafqazda kataklizm yaratmaq iddiasında olduğunu təkcə Bakı yox, həm də Ankara deyir. Yəni bu, danılmaz gerçəklikdir.  Bakı kimisə boşuna ittiham etmir. İkincisi, son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərində müəyyən problemlərin olması istiqamətində müxtəlif iddialar səsləndirilir. Əslində bu, müəyyən mənada istisna edilmir. Lakin bir daha görünür ki, hər iki ölkənin xarici siyasət kursu eynidir”.

 

Müsahibimiz qeyd edib ki, Fransanın Cənubi Qafqazla bağlı mövqeyi məlumdur:

 

“Bu ölkə eynilə ABŞ kimi regionun ən zəif bəndi olan Ermənistandan istifadə edir, onu şirnikləndirərək öz tərəfinə çəkir. Daha sonra isə İrəvan vasitəsilə regionla bağlı destruktiv planlarını icra edir ki, yekun sülh müqaviləsi imzalanmasın. Çünki sülh razılaşması Fransa kimi istənilən üçüncü qüvvənin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Rəsmi Paris də bundan narahatdır. Bu baxımdan növbəti hərbi toqquşma olarsa, bunun məsuliyyətini təkcə Ermənistan deyil, həm də ona “zəhər verənlər”,  yəni silahlandıranlar, o cümlədən Fransa daşımış olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...