"Harris Baydendən də bacarıqsızdır, Putin isə..." - Tramp Ilon Maska MÜSAHİBƏ VERDİ

"Harris Baydendən də bacarıqsızdır, Putin isə..." - Tramp Ilon Maska MÜSAHİBƏ VERDİ

Keçmiş ABŞ lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın  “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibə gündəm olub.Qeyd edək ki, sözügedən müsahibə texniki problemlər səbəbilə planlaşdırılandan təxminən 40 dəqiqə gec başlayıb. Mask isə problemlərin arxasında böyük bir kiberhücumun olduğunu iddia etsə də, bu, təsdiqlənməyib.

 

Sfera.az həmin müsahibədən bəzi önəmli məqamları təqdim edir.

 

Sui-qəsd

 

Tramp müsahibə zamanı keçən ay Pensilvaniyada keçirilən mitinqdə məruz qaldığı sui-qəsd cəhdindən söz açıb. O, fikirlərini bu cür ifadə edib: “Bu bir möcüzə idi. Başımı çevirməsə idim, indi səninlə (Maskı nəzərdə tutur) danışmazdım”.

 

Ukrayna savaşı

 

Ağ Evin sabiq rəhbəri Rusiyanın Ukraynaya təcavüzündə Prezident Co Baydenin məsuliyyət daşıdığını deyib. Hazırkı prezidenti sərt şəkildə tənqid edən Tramp bəyan edib ki, Bayden vəzifədə olmasa idi, Rusiya heç vaxt Ukraynaya müdaxilə etməyəcəkdi.

 

O, Putinlə mövcud olan əlaqələrinin münaqişənin qarşısını ala biləcəyini iddia edib:

 

“"Mən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Biz Ukrayna haqqında danışırdıq. Ukrayna onun göz bəbəyi idi, amma ona hücum etməməsini dedim. Rusiya bizimlə birlikdə Almaniyanı, Napoleonu məğlub edib, onlar böyük gücdür və bu, ədalətli deyil... Biz isə çox pis vəziyyətdəyik. Xüsusi olaraq kimisə qınamayacağam, amma sizə deyə bilərəm ki, savaşı dayandıra bilərdim”.

 

Kiyevə yardım

 

Tramp müsahibəsi zamanı Ukraynaya yardım məsələsinə də toxunub. O deyib ki, Avropa İttifaqı (Aİ) ABŞ-nin xərclərinə bərabər yardım etməlidir: “Niyə bizim etdiyimiz yardım qədər onlar da etmir? Bu, niyə bərabərləşdirilmir? Niyə Birləşmiş Ştatlar Avropanı müdafiə etmək üçün qeyri-mütənasib olaraq Avropadan daha çox pul ödəyir? Bunun heç bir mənası yoxdur və ədalətsizlikdir”. Tramp həmçinin Aİ-nin ticarət qaydalarını da tənqid edib.

 

Yeni rəqibi

 

Müsahibə zamanı Donald Tramp ABŞ-nin vitse-prezidenti, seçki yarışında rəqibi Kamala Harrisdən də söz açıb. O, Harrisin hazırkı Prezident Co Baydendən daha bacarıqsız olduğunu bildirib: “Bayden bacarıqsızdır. Düzünü desəm, Harrisin ondan daha bacarıqsız olduğunu düşünürəm”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...