Deputatlığa namizəd Günay Ağamalı Milli Qəhrəman Mübariz İbrahimovun atası ilə GÖRÜŞDÜ

Deputatlığa namizəd Günay Ağamalı Milli Qəhrəman Mübariz İbrahimovun atası ilə GÖRÜŞDÜ

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 12 avqust 2024-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla görüşdü.


Sfera.az xəbər verir ki, səmimi keçən görüşdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid gizir Mübariz İbrahimovun qısa və şərəfli ömür yolundan, qəhrəmanlıqlarından danışıldı. 


Günay Ağamalı əfsanəvi qəhrəman Mübariz İbrahimovun atası ilə görüşün onda böyük qürur və fəxarət hissi yaşatdığnı söylədi. O, atdığı hər addımda böyüklərdən xeyir-dua aldığını və bu məqamın onun üçün çox önəmli olduğunu xüsusilə qeyd etdi.


G.Ağamalı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açdı, hər bir azərbaycanlının bu dəstəkdə həmrəy olmasının vacibliyini önə çəkdi. O, 22 yaşında şəhadətə ucalan Mübariz ibrahimovun şücaətindən danışdaraq, canı-qanı, ruhu ilə Vətəninə, xalqına bağlı olan əfsanəvi qəhrəmanın qısa ancaq şərəfli ömür yaşadığını söylədi. Qeyd etdi ki, Mübariz qorxmazlığı, igidliyi ilə Azərbaycanın qəhrəmanlıq səlnaməsini yazdı. Onun qısa ömür yolu gənc nəsil üçün örnəkdir.
“Siz Vətənə Mübariz İbrahimov kimi qəhrəman oğul verməklə milyonlarla övlad qazanmış oldunuz. Biz hər zaman sizin yanınızdayıq”,- deyə G.Ağamalı bildirdi.
Ağakərim İbrahimov hər zaman Salyan əhalisindən böyük diqqət və qayğı gördüyünü, onların xalqına, Vətəninə çox bağlı olduğunu qeyd etdi.


A.İbrahimov Günay Ağamalıya dövlətinə, xalqına fəaliyyətində, Milli Məclisə seçkilərdə uğurlar arzuladı, ona öz xeyir-duasını verdi, Milli Qəhrəmanın əziz xatirəsinə həsr olunan Müşfiq Malik Muğanlının “Mübarizdən Sonra” kitabını hədiyyə etdi.

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...