Zelenski Kursk əməliyyatı barədə: "Dayanmayacağıq, Rusiyaya qarşı yeni..."

Zelenski Kursk əməliyyatı barədə: "Dayanmayacağıq, Rusiyaya qarşı yeni..."

Zelenski Ukrayna ordusunun ötən həftə Rusiyaya qarşı başlatdığı quru əməliyyatı ilə bağlı səssizliyini pozub.

 

Sfera.az bildirir ki, Ukrayna lideri hədəfləri açıqlayıb.  

 

Ötən həftənin onlar üçün məhsuldar olduğunu bildirən Zelenski fikirlərini bu cür ifadə edib: “Ordumuz ötən həftə böyük uğur qazandı. Tağımdan tutmuş briqadaya qədər bütün qəhrəman əsgərlərimizi təbrik edirəm. Rusiyanın ölkəmizə qarşı apardığı dağıdıcı, amansız müharibə cəzasız qalmır. Bizim məqsədimiz müharibəni işğalçı ölkənin ərazisinə keçirməkdir”.

 

Zelenski deyib ki, müharibə bir çox cəbhədə min kilometri keçən xətdə davam edir: “Ukrayna sübut edir ki, ədaləti bərpa edə və təcavüzkara lazımi təzyiq göstərə bilər. Mən bütün tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Sanksiyalar həqiqətən də təsirlidir və bunu aradan qaldırmağa çalışan hər kəs dünyanın reaksiyası ilə üzləşir. Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər hazırlayırıq”.

 

Qeyd edək ki, Ukraynanın quru əməliyyatı keçirdiyi Kursk vilayətində münaqişələr intensivləşir. Rusiya tərəfi haubitsa artilleriyasından, tank bölmələrindən, hava desant döyüş təyyarələrindən və helikopterlərdən istifadə edir. Ukrayna ordusu Korenovo şəhəri yaxınlığında bir həftə ərzində üçüncü dəfə Rusiyaya məxsus KA-52 döyüş helikopterini vurduqlarını, Rusiya isə sərhədi keçən Ukrayna zirehli texnikasının aşkar edilərək məhv edildiyini iddia edib. 76 min dinc sakinin təxliyə edildiyi bölgədəki qarşıdurmalarda tərəflər indiyədək itki ilə bağlı məlumat paylaşmayıb. Lakin müstəqil hərbi müşahidəçilər hər iki tərəfin ümumilikdə 350 əsgər itirdiyini təxmin edir. 

 

Digər tərəfdən Ukraynanın cənubunda rusların nəzarətində olan Zaporojye atom elektrik stansiyasının soyuducu qülləsində ötən gecə yanğın baş verib. Rusiya yanğının Ukrayna atəşi nəticəsində baş verdiyini bildirib, Ukrayna lideri Volodimir Zelenski isə rusların soyuducu qüllədə avtomobil təkərlərini yandırdığını iddia edib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...