Logo

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov 2024-cü il avqustun 12-də “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında” Qərar imzalayıb.

Qərara əsasən, 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.

Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR