“Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsi MÜZAKİRƏ EDİLDİ

“Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsi MÜZAKİRƏ EDİLDİ

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun fəaliyyəti çərçivəsində “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə tematik qrupunun hibrid formatda növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə işçi qrupuna rəhbərlik edən Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, iclasda qurumla yanaşı İqtisadiyyat Nazirliyi, həmin nazirlik yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri iştirak edib.

 

Tematik qrupun rəhbəri, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəis müavini Səkinə Əliyeva iclası açıq elan edərək, biznesin müflisləşməsi sahəsində beynəlxalq ekspertin cəlb edilməsi ilə hazırlanmış yeni “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin yekunlaşdırılması məsələsinin müzakirə ediləcəyini qrup üzvlərinin diqqətinə çatdırıb.

 

Müzakirə zamanı yeni qanun layihəsinin çox geniş və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış əhatəli sənəd olduğu vurğulanıb.

 

Sözügedən normativ-hüquqi aktın qanununvericilik tələblərinə və milli hüquq ənənələrinə uyğunlaşdırılması üçün Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi tərəfindən hər bir maddəyə baxılmasının vacibliyi bildirilib.

 

Sonda tematik qrupun növbəti iclasda Ədliyyə Naziriliyinin Qanunvericilik baş idarəsinin qanun layihəsinə müvafiq düzəlişlər etdikdən sonra sənədə baxması və “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə” Yol Xəritəsində qeyd olunmuş digər məsələlərin müzakirəsinin həyata keçirilməsi barədə qərar verilib.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...