Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır

Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır

Təhlükəsiz dünya nizamının ciddi təhdidlərlə üz-üzə qaldığı artıq sirr deyil. Yaxın Şərqdə və Şərqi Avropada alovlanan münaqişə ocaqları bu təhdidlərin yalnız görünən tərəfidir. Dünyanın yenidən bölüşdürülməsi, təsir dairələri uğrunda aparılan geosiyasi rəqabət elə təhlükəli həddə çatıb ki, nüfuzlu ekspertlərdən bəziləri üçüncü Dünya müharibəsinin artıq başlandığını belə iddia edirlər. Hansı çoğrafiyada yerləşməsindən asılı olmayaraq, yaşanmaqda olan gərginlik bütün xalqların və dövlətlərin marağına toxunur, dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Müşahidə etdiyimiz təhdidlər ölkəmizi də narahat edir. Çünki Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymağımıza baxmayaraq, o hələ də müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınır, vaxt udmağa çalışır, hamiləri isə onu müntəzəm şəkildə hücum təyinatlı silahlarla təchiz edir. Ermənistanın havadarları həyata keçirdikləri militarizasiya siyasətini riyakarcasına müdafiə xarakterli tədbir kimi qələmə verməyə çalışsalar da, Konstitusiyasında Azərbaycana qarşı açıq-aşkar ərazi iddialarını nəzərdə tutan və işğalçılıq keçmişi olan bir ölkənin asanlıqla islah olunacağına inanmaq çox çətindir. Dünyada baş verən irimiqyaslı münaqişələr həm də bu səbəbdən cəmiyyətimizi haqlı olaraq narahat edir. 

     

Prezident İlham Əliyev geosiyasi gerçəkliyi, o cümlədən bəzi aparıcı dövlətlərin təhlükəsiz dünya nizamını təhdid edən bədnam ayrı-seçkilik siyasətini nəzərə alaraq, cari ilin fevralında Milli Məclisdə keçirilən andiçmə mərasimində cəmiyyətimizlə yanaşı, Türk dünyasına bu tarixi mesajı vermişdi: “Bizim başqa ailəmiz yoxur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”. Azərbaycan Prezidentinin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 səfər etməsi, habelə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçılarının həmin müddətdə 15 dəfə Azərbaycanı ziyarət etmələri onun göstəricisidir ki, Prezident İlham Əliyev bəyan etdiyi strateji xəttin reallaşması istiqamətində ardıcıl siyasət yürüdür və əməli addımlar atır. Dövlət başçımızın Qazaxıstan Prezidentinin dəvəti ilə avqustun 8-də Astanaya növbəti səfəri həm də TDT daxilində münasibətlərin daxa sıx əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə səsləndirdiyi bu bəyanat TDT-yə üzv ölkələrin formalaşmaqda olan ortaq maraqlarının  geniş çərçivəsindən xəbər verir: “Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”.

     

Şübhəsiz ki, ölkə Prezidentinin bu mesajı dünyada baş verən qarşıdurmaların yaratdığı təhlükəli reallıqdan irəli gəlir, belə çağırışlara qarşı birgə səylərin əlaqələndirilməsini labüd edir. Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanatlar, eyni zamanda, Orta Dəhlizin reallaşması, o cümlədən Cənubi Qafqazda bütün nəqliyyat kommunikasiyalarının  açılması zərurətini bir daha aktuallaşdırır. Dövlətimizin başçısı Astanada keçirilən görüşdə iştirak etməklə beynəlxalq birliyə həm də bu mesajı verdi ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi üzərinə götürdüyü öhdəliklərə sadiqdir və bu səbəbdən Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” məhz bu siyasətin və siyasi iradənin təzahürüdür. 

    

 Dünyada baş verən təhlükəli qarşıdurmalar fonunda Prezident İlham Əliyevin TDT-yə üzv olan ölkələrə müntəzəm səfərləri bir daha təsdiq edir ki, Azərbaycan müəyyən etdiyi strateji xəttin reallaşmasında israrlıdır və bu yol Asiya ilə yanaşı, Avropanın da maraqlarına cavab verir. Çünki Azərbaycan Liderinin müəyyən etdiyi siyasi xətt nəticə etibarilə bölücülüyə deyil, əksinə, Asiya və Avropa ölkələri arasında  bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığın genişlənməsinə, ortaq təhlükəsizliyin güclənməsinə xidmət edir. 

 

15 saylı Yasamal birinci seçki dairəsindən              deputatlığa namizəd Ülvi Quliyev   


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...