Hər şey Kursk üçün: Putin onları da cəbhəyə ÇAĞIRIR

Hər şey Kursk üçün: Putin onları da cəbhəyə ÇAĞIRIR

Ukraynanın Kurska hücumundan sonra Moskva rəhbərliyi gözlənilməz addım atıb. 

 

Sfera.az bildirir ki, Rusiya əksəriyyəti Afrikada olan “Vaqner” döyüşçülərini cəbhəyə çağırmaq qərarına gəlib. 

 

Zərbə qüvvələrini Ukraynanın Donbas cəbhəsində cəmləşdirən Rusiya həmçinin, Ramzan Kadırovun rəhbəri olduğu “Ahmat” qoşunlarını köməyə çağırıb. Məlumata görə, Kursk bölgəsində kifayət qədər əsgəri olmayan rəsmi Moskva hazırda irəliləyişin qarşısını almaq üçün intensiv artilleriya atəşi, raket, təyyarə və helikopterlərdən uzaq məsafələrdən istifadə edir.

 

Rusiya Müdafiə Nazirliyi yeni cəbhədə son 24 saat ərzində 100-ə yaxın Ukrayna əsgərinin öldürüldüyünü, 54 zirehli texnikanın məhv edildiyini iddia edib. Rusiya mərkəzi hökuməti də növbəti xəbərdarlığa qədər bütün Kursk vilayətində fövqəladə vəziyyət elan edib. Bölgədən intensiv mülki axının olduğu da vurğulanıb.

 

Qeyd edək ki, təxminən 1500 əsgər, çoxlu zirehli texnika və hətta hava hücumundan müdafiə sistemləri ilə Rusiyanın Kursk bölgəsinə daxil olan Ukrayna ordusu, son 48 saatda sərhəddəki 45 km uzunluğundakı xətt boyunca 15 km içəri keçə bilib. Məhdud sayda rus əsgərini dəf edən Ukrayna qoşunları Kursk vilayətində irili-xırdalı 10 kəndi və strateji əhəmiyyətli Sunca qəsəbəsini yarısını ələ keçirib. Sunca qəsəbəsi Rusiyanın “Qazprom” şirkətinin Qərbə təbii qaz nəql etdiyi stansiyanın yerləşdiyi yerdir. Ukraynanın bir gün əvvəl başlatdığı hücum Moskvanın ötən ilin yazında Xarkova yürüşünə cavab olaraq dəyərləndirilib. 

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...