Diqqətlər BMT-də: Yeni Dünyanın Konvensiyası hazırlanır

Diqqətlər BMT-də: Yeni Dünyanın Konvensiyası hazırlanır

Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilir. 

 

Sfera.az xəbər verir ki, ümumi cinayətkarlıqda kibercinayətlərin payının artması və digər cinayətlərin də bu və ya digər formada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı yeni Konvensiya ictimai münasibətləri geniş sferada əhatə edəcək.


BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu,  Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və 3 ildir, davam edən bu prosesin son sessiyasında (29 iyul - 09 avqust) bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda çətinliklər yaranıb.

 

Belə ki, yekun iclasda ölkələrin nümayəndə heyətləri tərəfindən Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum üzvlük sayı, texniki yardım üzrə əməkdaşlıq və digər mövzular barədə məsələlərə dair, hətta beynəlxalq müqavilənin yekun adı ilə bağlı kəskin ziddiyyətli mövqelər irəli sürülməkdədir. 

 

Yekun Konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya olunarsa, müasir dövrün və rəqəmsallaşan dünyanın ən aktual və praktik sənədi olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...