"Zaxarova o bəyanatı ilə ABŞ-yə mesaj verir ki, Ermənistanı..." - AÇIQLAMA

"Zaxarova o bəyanatı ilə ABŞ-yə mesaj verir ki, Ermənistanı..." - AÇIQLAMA

Ötən gün Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın İrəvana qardaş dəstəyinin bundan sonra da davam edəcəyini deyib. O qeyd edib ki, ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır: “İki ölkə arasında əsrlərdir, formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək”. 

 

Maraqlıdır, Zaxarovanın sözügedən açıqlaması nəyə hesablanıb?

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, XİN rəsmisinin fikirləri hər şeydən əvvəl ABŞ-yə mesaj idi:

 

“Zaxarova bu açıqlama ilə demək istəyirdi ki, ABŞ Ermənistanı belə asanlıqla Rusiyanın təsirindən çıxara bilməz. Bu həm də Ermənistana mesaj kimi qiymətləndirilməlidir. XİN rəsmisi İrəvana demək istəyib ki, onun Rusiyanın təsirindən çıxması bu qədər sadə məsələ deyil. Əlbəttə, Rusiya heç də Ermənistanın “qaş- gözünə vurulmayıb”. Sadəcə olaraq, indiki məqamda Ermənistan həm Qərb, həm də Moskva üçün strateji əhəmiyyətli aktordur, çünki İrəvan regionun ən zəif bəndidir. Ermənistana təsir etmək və beləliklə, bölgədəki təsir imkanlarını gücləndirmək həm Rusiya, həm də Qərb üçün daha rahatdır. Tərəflər Ermənistana daha çox təsir imkanına malik olmaq üçün bütün imkanlardan, o cümlədən psixoloji təzyiq vasitələrindən istifadə edirlər”.

 

K.Novruzov bildirib ki, ABŞ bundan sonra da Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istiqamətində səylərini davam etdirəcək:

 

“Bu, təxminən Ukrayna ssenarisini xatırladır. Hazırda Ermənistan Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib. Gələcəkdə Ermənistanın eyni ilə Ukrayna kimi hərbi poliqona çevrilməsi də istisna deyil”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...