Baş nazirin müavini: “Bakının bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması yoluxucu xəstəliklərin yayılması riskini artırır”

Baş nazirin müavini: “Bakının bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması yoluxucu xəstəliklərin yayılması riskini artırır”
"Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil”

"Son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil”. 

 

APA-nın məlumatına görə, bunu bu gün Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən yaradılan işçi qrupunun ilk iclasına sədrlik edən baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov bildirib.

 

Bunun bir sıra problemlər yaratdığını qeyd edən A. Şərifov bu sahədə mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə müvafiq qurumlardan rəylər alınaraq "Master Plan” hazırlandığını açıqlayıb: "Paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi olduqca mühüm əhəmiyyət daşıyır”.

 

A.Şərifov Azərbaycan prezidentinin diqqət və qayğısı nəticəsində son illərdə respublikamızın əksər bölgələrində içməli su-kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, eyni zamanda, dövlətimizin başçısının əhalinin sağlamlığına verdiyi önəmin göstəricisidir.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...