“Ukrayna bu halda nüvə silahından istifadə edə bilər” - AÇIQLAMA
"Ukraynanın əlində taktiki nüvə silahının olduğu qeyd edilir. Prinsipcə, bu, mümkündür. Qərbin xüsusilə ABŞ-nin Ukraynaya belə bir silah verməsi mümkündür. Ukrayna döyüş meydanında məğlub durumu fonunda taktiki nüvə silahını tətbiq edə bilər".
Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
“Rusiya tərəfi dəfələrlə taktiki nüvə silahından istifadənin mümkünlüyünü vurğulayıb. Əgər, Rusiya taktiki nüvə silahını Ukraynada tətbiq edərsə, Qərb birbaşa Rusiyaya cavab verə bilməzdi. Ona görə də taktiki nüvə silahını məhz Ukraynaya verib.
Təbii ki, burada ikinci fakt danışıqlarda Ukraynanın mövqeyini gücləndirməkdən ibarətdir. Demək olar ki, Ukraynanın əlində F16 təyyarələri və taktiki nüvə silahı var. Artıq döyüşlər Rusiya ərazisinə keçib. Ukrayna Rusiyanın Kursk vilayətinidə bir neçə kəndi işğal edib”.
Məhəmməd Əsədullazdə qeyd edib ki, Rusiya danışıqlar üçün ABŞ ilə təmasdadır:
“Amma şərtləri danışıqları mümkünsüz edir. Ukrayna Prezidenti V. Zelenski V. Putinlə birbaşa danışıqları ləğv edən sərəncama baxmayaraq, danışıqları mümkün hesab edib. Payız aylarında danışıqların Türkiyənin vasitəçiliyi ilə keçirilməsi mümkündür".
Ülkər Abdurahmanlı