Elçin Əmirbəyov: "Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir"

Siyasət
14:20 / 07.08.2024
4220
Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır.
Sfera.az xəbər verir ki, bunu "Azadlıq" radiosuna Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.