"İran qarşıdakı 48 saat ərzində İsrailə..." - MÜHÜM AÇIQLAMA

"İran qarşıdakı 48 saat ərzində İsrailə..." - MÜHÜM AÇIQLAMA

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqin müharibənin astanasında olduğunu deyib. O, bu barədə özünün “X” hesabında yazıb. "Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması. Gərginliyin azaldılmasına mane olanların hamısı etdiklərinə görə məsuliyyət daşıyacaq", - Borrell vurğulayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdəki gərginliyin yaxın zamanda azalması real görünmür. Onun sözlərinə görə, burada mövcud durumun inkişafında maraqlı olan müxtəlif güclər var və onlar prosesə öz “töhfələrini” verməyə çalışırlar:

 

“HƏMAS lideri İsmayıl Haniyənin İranda öldürülməsi proseslərin daha şiddətli tempdə inkişafı üçün bir növ tramplin oldu. Bundan sonra İran rəsmiləri ard- arda İsrailə xəbərdarlıq etdilər. Türkiyə perspektivdə müharibəyə qoşulmaq barədə anons verdi. Üstəgəl, dünya dövlətləri artıq öz vətəndaşlarına Livan, İsrail və Fələstinə səfər etməmək barədə xəbərdarlıq ediblər. Bütün bunlar müharibənin genişlənə biləcəyi barədə ehtimalları artırır.  Düşünmək olar ki, İ.Haniyənin İranda, özü də Prezident Məsud Pezaşkianın andiçmə mərasimində öldürülməsi məhz Tehranı aventüraya çəkmək məqsədi daşıyırdı. Sözegedən sui- qəsdin arxasında ABŞ-nin dayanması tamamilə mümkündür. Çünki indiki anda Tehranın müharibəyə çəkilməsi Vaşinqtonun maraqlarına cavab verir. Belə bir şey olarsa, ABŞ İsrail vasitəsilə İrana qarşı müharibə aparmağa çalışacaq”.

 

K.Novruzov bildirib ki, İran yaxın günlərdə Haniyənin ölümünə cavab verməyə çalışacaq:

 

“Bu, qarşıdakı 24-48 saat içində də ola bilər. Amma belə bir addım İran üçün ciddi səhv olar. Beləliklə, rəsmi Tehran geri dönüşü olmayan yola girmiş ola bilər.  İndiki anda Yaxın Şərqdə müharibənin genişlənməsinin qarşısını almaq və yaxın vaxtda sülhün təmin edilməsi üçün ən yaxşı versiya ABŞ-nin adekvat addımlar atması, prosesə töhfə verməsidir, amma bu, Vaşinqtonun maraqlarına uyğun deyil. Perspektivdə İran müharibəyə qoşularsa, bu, Moskva- Tehran- Pekin üçtərəfli əməkdaşlığını daha da gücləndirəcək. Beləliklə, dünyadakı qütbləşmə daha da sürətlənəcək. Bununla da adı çəkilən üç şərq dövləti Qərbə qarşı əsas koalisiya olacaq. Bundan sonra isə onsuz da davam edən üçüncü dünya müharibəsinin rəsmən elan edilməsi təəccüblü olmayacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...