Logo

Sergey Şoyqu: "Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir"

Sergey Şoyqu: "Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

Sfera.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Sergey Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.

Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR