"ABŞ həbsxanalarında qalan rusları azad etmək üçün..." - Rusiya səfirliyindən BƏYANAT

Rusiya diplomatları ABŞ-də həbsdə qalan onlarla rusiyalının azad edilməsi üçün əllərindən gələni edəcəklər.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin bəyanatında deyilir.
“Onlarla rusiyalı hələ də ABŞ-də dəmir barmaqlıqlar arxasında qalır, öz vətənlərinə ümidlə baxır və azadlığa buraxılmasını gözləyirlər. Yerli ədalətin çarxına düşən vətəndaşlarımızın azadlığa buraxılması və ya vəziyyətinin yaxşılaşdırılması üçün maksimum səy göstərəcəyik”, - səfirliyin bəyanatında bildirilib.
Qeyd edək ki, Moskva və Qərb cümə axşamı məhbus mübadiləsi həyata keçirib. NATO ölkələrində saxlanılan və ya məhkum olunmuş 8 rusiyalı, həmçinin iki azyaşlı vətəninə qayıdıb, prezident tərəfindən əfv edilmiş 16 məhkum xarici ölkə vətəndaşı və Qərb kəşfiyyat orqanları ilə əlaqəsi olan rusiyalı Rusiyanı tərk edib. Məhbus mübadiləsi zamanı evə qayıdan ruslar arasında Almaniyada ömürlük həbsə məhkum edilmiş Krasikov adı ilə tanınan şəxs və ABŞ-də həbsdə olan Vladislav Klyuşin də var.
Firuzə Əliyeva