Logo

Bu il Laçının Güləbird kəndinə KÖÇ OLACAQ

Bu il Laçının Güləbird kəndinə KÖÇ OLACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq. Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək.

Sfera.az report-a istinadən xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonda keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq:

"Laçın ən uzun müddət işğal altında olmuş rayonumuzdur. Hazırda Laçın cənnətməkana çevrilib. Keçən ilin mayın 28-də ilk sakinlər Laçına qayıdıb. Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb. Sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR