Venesuela 7 ölkədən diplomatları geri çağırır

Venesuela 7 ölkədən diplomatları geri çağırır

Karakas Venesuela prezidenti Nikolas Maduronun yenidən prezident seçilməsini tanımaqdan imtina edən Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çili diplomatlarını geri çağırır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Nazirlik bu ölkələrin Venesuelada prezident seçkiləri ilə bağlı bəyanatlarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

 

"Venesuela hökuməti öz müqəddəratını təyinetmə hüququnun qorunmasına təminat vermək üçün siyasi və hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır. Venesuela hökuməti dinc birgə yaşayışa təhlükə yaradan istənilən fəaliyyətə müqavimət göstərəcək", - nazirlik əlavə edib.

 

Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurasının məlumatına görə, bülletenlərin 80%-nin hesablanması nəticəsində hazırkı dövlət başçısı Maduro 51,2 faiz səs toplayıb. Onun əsas rəqibi, ifrat sağçı partiyaları təmsil edən Edmundo Qonzales 44,2% səs toplayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR