Ərdoğan-Əsəd görüşünün DETALLARI: "Münasibətlərdə yeni dövr başlayır"

Ərdoğan-Əsəd görüşünün DETALLARI: "Münasibətlərdə yeni dövr başlayır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin mümkün görüşünün detalları açıqlanıb. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, liderlər avqustun əvvəlində Rusiyanın paytaxtı Moskvada bir araya gələ bilərlər. Sözügedən görüşün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcəyi gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov bildirib.

 

“Bundan başqa, ölkə liderlərinin İraqın paytaxtı Bağdadda və Türkiyə-Suriya sərhədindəki Kasep qapısında da görüşə biləcəkləri mümkün versiyalar sırasındadır. İyulun 24-də V.Putinin B.Əsədlə görüşü baş tutub. Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü olub. Məlumata görə, R.T.Ərdoğan Suriya ilə münasibətlərin normallaşması üçün detalların müəyyənləşdirilməsini H.Fidana tapşırıb. Türkiyənin son dövrlərdəki xarici siyasət kursunda Suriya ilə münasibətlərin normallaşması xüsusi yer tutur. Bu, perspektivdə ABŞ-nin regiondakı təsir imkanlarının zəifləməsinə, terrorçuların oradakı imkanlarının azalmasına, həmçinin Türkiyədəki suriyalıların öz ölkələrinə qayıtmalarına şərait yarada bilər. Çox güman, Ankaranın Dəməşqlə münasibətləri normallaşdırmağa çalışmasında da əsas məqsəd budur”.

 

Kənan Novruzov qeyd edib ki, Rusiya da Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasında maraqlıdır.

 

“Çünki dediyimiz kimi, bu, perspektivdə ABŞ-nin bölgədəki təsir imkanlarının azalması deməkdir. Bu isə rəsmi Vaşinqtona strateji rəqib olan Moskvanın maraqlarına uyğundur. R.T.Ərdoğanla B.Əsədin qarşıdakı vaxtlarda görüşməsi mümkündür. Bu, hazırkı məqam üçün zərurətdir. Əks halda, sonra gec ola bilər. Əgər Türkiyə və Suriya liderləri gələcəkdə görüşüb mövcud məsələləri müzakirə etməsələr, ABŞ-nin PKK oyunu nəticə verə bilər. Nəzərə almaq lazımdır ki, ABŞ PKK “kartı” vasitəsilə Türkiyə - Suriya normallaşmasına mane olmaq istəyir. Ərdoğanla Əsəd isə bunun qarşısını almağa çalışmalıdır. Türkiyə ilə Suriya prezidentlərinin mümkün görüşünün məhsuldar və səmərəli keçəcəyinə və bu müzakirələrin münasibətlərdəki yeni dövrün əsasını qoyacağına inanmaq olar”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

Aeroport yolunda maşın aşdı- Ölən və yaralananlar var - VİDEO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində 77 YF ...

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...