Gürcüstan Gəncəyə yeni baş konsul TƏYİN ETDİ

Gürcüstan Gəncəyə yeni baş konsul TƏYİN ETDİ

Gürcüstanın Gəncə şəhərinə yeni baş konsulu təyin olunub.

 

Sfera.az-ın məlumatına görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncəyə yeni təyin olunmuş baş konsulu Kaxaber Abdaladze ilə nəzakət görüşü keçirib.

 

Görüşdən əvvəl onlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

N.Bayramov konsulu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri konsulla söhbətində qədim Gəncənin tarixindən söz açıb, sənaye və iqtisadi potensialından danışıb. Bildirib ki, hazırda şəhərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” və digər iri sənaye müəssisələri fəaliyyət göstərir.

 

Eyni zamanda, ötən gündən etibarən, “AzerGold” QSC-nin törəmə şirkəti - “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodunun da tam rejimdə işə başladığı vurğulanıb.

 

İcra başçısı Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətlərindən də bəhs edib. O bildirib ki, ötən il görkəmli gürcü yazıçısı Nikolos Barataşvilinin vaxtilə onun çalışdığı Cavadxan dəftərxana muzeyinin binasının fasadına xatirə lövhəsi vurulub.

 

Kaxaber Abdaladze səmimi görüşə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür. Söhbət zamanı bu əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar müzakirə olunub.

 

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...