XİN rəhbəri Qvi-Yeop Son ilə COP29-u müzakirə etdi


XİN rəhbəri Qvi-Yeop Son ilə COP29-u müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

 

C.Bayramov Azərbaycanın uzun illər BMT, xüsusilə onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əməkdaşlıq gündəliyində xüsusi yer tutduğu, Azərbaycanın az sayda ölkələrdən biri kimi dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd olunub. Postmünaqişə dövründə üzləşdiyimiz ən mühüm təhlükəsizlik çağırışlarından biri olan mina təhdidi ilə mübarizədə humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunduğu, eyni problemin bir çox ölkə üçün aktuallığını nəzərə alaraq, bu təşəbbüsün BMT çərçivəsində davamlı olaraq təşviq edildiyi qeyd olunub.

 

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, habelə ətraf mühitin qorunması istiqamətini uzun illərdir təşviq etdiyi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində yaşıl texnologiyaların, o cümlədən “ağıılı kənd”, “ağıllı şəhər” konsepsiyalarının tətbiqinin bunun göstəricisi olduğu qeyd edilib.

 

Cari ilin ölkəmizin COP29 sədrliyi ilə əlamətdar olduğunu bildirən C.Bayramov, bu istiqamətdə BMT ilə əməkdaşlığın daha da genişlənməsinin sevindirici hal olduğunu qeyd edib. Qlobal təhdidlərlə mübarizədə göstərdiyimiz bütün səylər kimi COP29 sədrliyimizin də inklüziv və nəticəyönümlü proses olmasına əhəmiyyət verdiyimiz diqqətə çatdırılıb.

 

Azərbaycanın həmçinin 2026-cı ildə Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi qeyd olunub.

 

Qarşı tərəf Azərbaycanın COP29 sədrliyinə hazırlıq üçün məhdud vaxtının olmasına baxmayaraq, indiyədək əldə olunan nəticələrin təqdirəlayiq olduğunu vurğulayıb.

 

BMT-nin Azərbaycanın möhkəm çoxtərəfliliyin təşviqində aktiv iştirakını, habelə innovativ və yaradıcı yanaşma sərgiləməsini alqışladığı diqqətə çatdırılıb. Proses çərçivəsində iqlim dəyişikliyinin regional nəticələri, xüsusilə su ehtiyatları ilə bağlı risklərin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...