Kuba prezidenti Azərbaycan boksçusu ilə bağlı PAYLAŞIM ETDİ

Kuba prezidenti Azərbaycan boksçusu ilə bağlı PAYLAŞIM ETDİ

Kuba prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan boksçusu Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra verdiyi müsahibəyə münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, o, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

 

Kuba prezidenti qeyd edib ki, boksçuları Xulio Sesar La Krus üzərində xal hesabı ilə qalib gələn Alfonsonun açıqlaması dürüst, ləyaqətli və təsiredicidir:

 

“Onu yetişdirən vətəninə hörmətlə yanaşması tədqirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.

 

Qeyd edək ki, Dominqes ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.


OXŞAR XƏBƏRLƏR