Azərbaycan BMT ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını MÜZAKİRƏ ETDİ

Azərbaycan BMT ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını MÜZAKİRƏ ETDİ

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrası müzakirə edilib.

 

Sfera.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, nazir müavini Sahib Məmmədov BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Sonunla görüş keçirib. Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində icrası, ərzaq təhlükəsizliyi, insan kapitalı, gender bərabərliyi və ətraf mühitin dayanıqlılığı istiqamətində BMT-ilə aparılan səmərəli tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Bundan başqa, iyulda BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində təqdim edilən ölkəmizin sayca 4-cü Könüllü Milli Hesabatının hazırlanmasında BMT-nin Ölkə üzrə Ofisinin dəstəyi, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasında, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əməkdaşlığı qeyd edilib.


OXŞAR XƏBƏRLƏR