Zəfər üçün oxu - FOTO

Zəfər üçün oxu - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə qrant layihəsi çərçivəsində  “Zəfər üçün oxu” layihəsinin çəkilişləri baş tutub.


Sfera.az xəbər verir ki, layihə rəhbəri, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə layihə Azərbaycanın bütövlüyünü özündə əks etdirir. “Zəfər üçün oxu” layihəsi çərçivəsində sözləri Əməkdar incəsənət xadimi  Baba Vəziroğlu, musiqisi Bəbir Bəbirliyə məxsus yeni yazılan “Azərbaycan” mahnısı İkinci Qarabağ müharibəsi iştirakçıları olan qazilər Məbud Əhmədov, Cahangir Əliyev və Murad Bayramlı tərəfindən oxunub. Layihənin çəkilişləri işğaldan azad olunan torpaqlarda olunub. Ağdam, Əsgəran, Xocalı, Laçın, Şuşa və Xankəndidə çəkilişləri baş tutan “Zəfər üçün oxu” layihəsi yaxın tarixlərdə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. 


İfaçıların geyimləri Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova tərəfindən təqdim olunub. Klipin rejissoru Elnur Cəbrayılov, operatoru Orxan Qurbanovdur. 

 


OXŞAR XƏBƏRLƏR