Cənub-Şərqi Asiya ölkələri Putinin bu təşəbbüsündə maraqlıdır

Cənub-Şərqi Asiya ölkələri Putinin bu təşəbbüsündə maraqlıdır

“Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv olan ölkələr Rusiya Prezidenti Vladimir Putinin Avrasiyada vahid təhlükəsizlik sisteminin yaradılması təşəbbüsünə maraq göstərib”.

 

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov deyib.

 

"ASEAN-a üzv dövlətlər prezident Putinin bölünməz və bərabərhüquqlu Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılması təşəbbüsünə maraq göstəriblər. ASEAN bu mövzuda əsaslı söhbətə hazırdır”,- o, ASEAN-Rusiya görüşü və 14-cü Şərqi Asiya Sammiti Xarici işlər nazirləri görüşündən sonra mətbuat konfransında bildirib.

 

Lavrovun sözlərinə görə, Qərb öz növbəsində, Rusiya və Çini cilovlamaq kimi “açıq-aşkar” məqsədlə regionda daha da qarşılıqlı fəaliyyət formatlarını təşviq edir.

 

“Bizim ASEAN tərəfdaşlarımız bunu çox yaxşı başa düşürlər”, - baş diplomat vurğulayıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR