“Şuşa bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən məkandır” - AÇIQLAMA

“Şuşa bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən məkandır” - AÇIQLAMA

İyulun 22-də Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada növbəti dəfə tarixi bir gün yaşandı. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirildi. Tədbirə ölkə jurnalistləri, Qarabağımızın - Şuşanın azad olunmasında iştirak edən bir qrup qazimizlə yanaşı, 20-dək ölkədən xarici media nümayəndələri və ekspertlər də qatılıb. Hər bir qonaq Şuşanın gözəlliyinə heyran qalıb.

 

Bəs bu tədbirin Şuşada keçirilməsi nəyi ifadə edir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bidlrib ki, bu gün Şuşa bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilib.

 

“Tədbirin Şuşada keçirilməsi çox önəmlidir. Artıq ikinci ildir ki, Şuşada Beynəlxalq Forum keçirilir. Beynəlxalq media nümayəndələri Azərbaycana gəlir və bu tədbirə qatılırlar, Prezidentin mesajlarını da buradan alırlar. Təbii ki, Beynəlxalq forumun azad ərazidə, azad Şuşada keçirilməsinin də bəlli çalarları var. Yəni öz rəmzi mənası var. Bu o deməkdir ki, Azərbaycan həqiqətləri həm də Beynəlxalq ictimaiyyətə daha dolğun, daha dəqiq çatdırılması baxımından da biz bunu müsbət dəyərləndirə bilərik. Forumda Prezident İlham Əliyev çıxışı zamanı çox mühüm məsələlərə toxunub. Bu gün Cənubi Qafqaz yeni bir reallığa daxil olub. Bu reallığı Prezidentin rəhbərliyi ilə Azərbaycan yaradıb. Əslində bir çox Qərb dövlətlərinin əsas hədəfi və məqsədi bu torpaqların davamlı olaraq işğalda qalması idi. Ona görə bizə hər zaman deyirdilər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız. Yalnız biz bu deyilənlərə məhəl qoymadıq, həm müharibə meydanında bu döyüşü apardıq, həm də informasiya müharibəsində qalib gəldik. Bu gün Qafqazda yeni bir reallıq yaranıb, çoxlarının arzusu ürəyində qalıb. Onlar Ermənistanın gücləndirilməsi üçün, daim qələbəsinin təmin olunmasına addımlar atırdılar. Azərbaycan onların bütün cəhdlərinin qarşısını alaraq Cənubi Qafqazda yeni reallığı yaratmağa nail oldu”.

 

Ceyhun Məmmədov qeyd edib ki, bu gün Cənubi Qafqazın mərkəzi Azərbaycandır.

 

“Hər zaman Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın razılığı olmadan bölgədə heç bir addım atıla bilməz, heç bir plan həyata keçirilə bilməz. Bu gün bütün məsələlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Bu gün Azərbaycan qalib xalqdır. Bu gün Azərbaycan sülh istəyir. Azərbaycan sülhün şərtlərini beynəlxalq hüquqa diktə edir və bunun üçün səylə çalışır. Bir tərəfdə Azərbaycan var, sözümüz imzamızdır deyən Prezidentimiz, digər tərəfdə isə yalançı, saxtakar Ermənistan. Hansı ki, Prezident çox gözəl formada qeyd edib: Britaniyaya gedib görüşdən imtina edən, digər tərəfdən müxtəlif platformalardan, sülhdən və konstitusiyanın dəyişdirilməsindən dəm vuran Ermənistan bir daha özlərini ifşa etdi. Bu, yeni bir mərhələdir və biz buna hazırıq. Biz bu gün çox ciddi layihələr həyata keçiririk, qonşularımızla münasibətimizi inkişaf etdiririk”.

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.

 

 


OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...