Ceyhun Bayramov: "Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub"

Ceyhun Bayramov: "Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub"

Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu ölkələrin maraqlarını dünyaya çatdırıb.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Azərbaycanla Afrika İttifaqı arasında sıx əlaqələrə xüsusi diqqət göstərilir:

 

“Somali XİN başçısının bu səfəri ölkələrimiz arasında dostuq və əməkdaşlığın, artan siyasi dialoqun bariz nümunəsidir. Biz 2024-cü ildə diplomatik münasibətlərin 20 illiyini qeyd edirik. Bir sıra hallarda biz beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığı qeyd edirik. Bizim son təmasımız İƏT-in Qambiyanın paytaxtında keççirilən konfransı zamanı oldu.

 

İkitərəfli əlaqələrdən əlavə olaraq, xüsusilə beynəlxalq platformalarda Somali ilə əməkdaşlığa böyük önəm veririk. BMT, İƏT və QH çərçivəsində əməkdaşlıq buna nümunədir. 2025-2026-cı illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə mən Somalini təbrik edirəm. Bu beynəlxalq miqyasda sülhə və əməkdaşlığa Somalinin verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsinin göstəricisidir”.


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...