XİN başçıları arasında geniştərkibli görüş keçirildi - YENİLƏNDİ

XİN başçıları arasında geniştərkibli görüş keçirildi - YENİLƏNDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniştərkibli görüş keçirilib.


Sfera.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə olunub.


"Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi də daxil olmaqla əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar, onlar həmçinin BMT, Qoşulmama Hərəkatı, İƏT və COP29-a Azərbaycanın sədrlik fəaliyyətini vacib əməkdaşlıq platformalarından biri kimi qeyd ediblər. Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib", -XİN-in məlumatında qeyd olunub.

 

***

12:02

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi Əhməd arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə XİN "X" platformasında paylaşımında bildirilib.

 

Xatırladaq ki, bu gün Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi ölkəmizə səfərə gəlib.


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...