Ukrayna Rusiyaya görə bu iclasdan İMTİNA ETDİ - RƏSMİ

Ukrayna Rusiyaya görə bu iclasdan İMTİNA ETDİ - RƏSMİ

Ukrayna tərəfi Rusiyanın sədrliyi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarının verilməsi məsələsinə dair iclasında iştirakdan imtina edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Beləliklə, Ukrayna nümayəndə heyəti Təhlükəsizlik Şurasında Sovet İttifaqının daimi yerini tutan Rusiya Federasiyasının qeyri-legitimliyi ilə bağlı prinsipial mövqeyini təsdiqləyir", - bəyanatda deyilib.

 

Bununla əlaqədar olaraq, Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməyi mümkün hesab etməyib. Bir gün əvvəl Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya demişdi ki, Ukrayna və Avropa İttifaqının nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasına dəvət olunublar ki, onların nümayəndələri iclasa gəlib müzakirələrdə öz töhfələrini verə bilsinlər. Ancaq Böyük Britaniya dəvətə qarşı çıxıb. Krallığın nümayəndəsi bildirib ki, bu dəvət Aİ və Ukraynaya təzyiq vasitəsinə çevrilə bilər.

 

İnci


OXŞAR XƏBƏRLƏR