ABŞ-də noyabrda seçki saxtakarlığı gözlənilirmi? - SORĞU

ABŞ-də noyabrda seçki saxtakarlığı gözlənilirmi? - SORĞU

ABŞ sakinlərinin 60%-dən çoxu ölkədə noyabr seçkilərində mümkün saxtakarlıqdan narahatdır.

 

Sfera.az xəbər verir ki, bunu "Rasmussen Reports" və "Heartland" İnstitutunun analitik mərkəzinin sorğu məlumatları ortaya çıxarıb.

 

"Seçicilərin böyük əksəriyyəti (62%) saxtakarlığın 2024-cü il seçkilərinə təsir edəcəyindən narahatdır", - sorğuda deyilib.

 

Xatırladaq ki, ölkə üzrə seçicilərin təxminən 20%-i 2020-ci il seçkiləri zamanı çoxsaylı poçt bülletenləri alıb. Amerikalıları, ABŞ sakinlərini narahat edən əsas mövzular kimi ABŞ-dəkı iqtisadi problemlər və Meksika ilə sərhəddəki qeyri-qanuni mühacirlərlə bağlı problemin qeyd edildiyi bildirilir.

 

Qeyd edək ki, sorğu 2024-cü il iyulun 9-dan iyulun 12-dək aparılıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR