Bakıdakı bəzi heykəllər restavrasiya EDİLƏCƏK

Bakıdakı bəzi heykəllər restavrasiya EDİLƏCƏK

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yerləşən heykəllərin monitorinqi keçirilmiş və bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirib.

 

Qeyd olunub ki, təklif əsasında ixtisaslaşmış texniki heyət tərəfindən bərpa təmizləmə işlərinə başlanılıb.

 

“İşlərin yerinə yetirilməsində məqsəd heykəllərin orijinal vəziyyətə qaytarılmasıdır.

 

Bakı şəhərində iqlimin və təbii şəraitin aqressiv olduğunu nəzər alaraq, külək, yağış, günəş, toz və digər təbii təsirlərdən heykəllərdə rəng dəyişməsi, çirk qatı və ləkələr yaranır. Qeyd edilən problemlərin dərinləşməməsi üçün vaxtaşırı aparılmış monitorinqin nəticələrinə uyğun olaraq heykəllərin təmizlənməsi, xüsusi qoruyucu qatın çəkilməsi və bəzi heykəllərdə postament hissəsində dağılmış yerlərin bərpası məqsədəuyğundur. Abidələr şəhərimizin qonaqları üçün maraq kəsb edən yer olduğunu nəzərə alaraq onların təmizlənməsi və restavrasiya edilməsi qərara alınıb”, - məlumatda deyilir.

 

Qeyd edilib ki, heykəllərin restavrasiyası üçün dünyada qəbul edilmiş xüsusi materiallardan və restavrasiya üsulundan istifadə ediləcəkdir.


OXŞAR XƏBƏRLƏR