"Onun yenidən sədr seçilməsi Qərbi Avropa üçün faciədir" - Mariya Zaxarova

“Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının (AK) prezidenti seçilməsi Qərbi Avropa tarixində faciəvi epizod olub”.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Təəssüf ki, Aİ-yə üzv ölkələrin sakinlərinin sabitliyi və rifahı, demokratiya və azadlıq, o cümlədən bu ölkədə təhlükəsizlik məsələsi üçün yaxşı bir şey gözləmək mümkün deyil”, - Zaxarova vurğulayıb.
Diplomatın sözlərinə görə, Leyen ABŞ-nin Avropa qitəsi üzərində nəzarətini maksimum dərəcədə artırmağın sadiq tərəfdarıdır:
"O, həm də hazırda Avropa İttifaqı tərəfindən aparılan rusofob siyasətinin əsas ruporudur. Buraya Aİ-də müdafiə və təhlükəsizlik sahələrinə, gələcəkdə onun NATO-ya daha da tabe olmasını nəzərdə tutan müdafiə ittifaqının yaradılmasına getdikcə daha çox sərmayə qoyulması və Bankovayadakı nasist rejiminə dəstək daxildir. Göründüyü kimi, bütün bu problemlərin həlli Aİ-yə zərər vurur, bununla bağlı olduqca qaranlıq perspektivlər var”.
Qeyd edək ki, aprelin 18-də Avropa Parlamenti Ursula fon der Leyeni ikinci müddətə Avropa Komissiyasının sədri seçib. O, 720 səsdən 401-ni toplayıb. Sessiya zamanı həm sağçı, həm də solçu müxalifət onu birinci dönəmdə öhdəliklərini yerinə yetirmədiyinə, Avropa iqtisadiyyatını məhv etdiyinə və yoxsulluğa qarşı tədbir görmədiyinə görə tənqid edib.
Firuzə Əliyeva