İriqabaritli avtomobillərin normadan artıq yüklənməsinə görə cərimələr ARTIRILDI

İriqabaritli avtomobillərin normadan artıq yüklənməsinə görə cərimələr ARTIRILDI

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə görə cərimələr artırılıb.

 

Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

 

Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilib.

 

Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur.

 

Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur.

 

Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək.

 

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək.

 

Həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcək.

 

Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1 500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.

 

Həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manata məbləğində, hüquqi 7 000 manatadək məbləğdə cərimələnəcək.


OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...