Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd İMZALADILAR

Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd İMZALADILAR

Qırğızıstan və Azərbaycanın Baş prokurorları Maksat Asanəliyev və Kamran Əliyev arasında əməkdaşlıq sazişi və 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

 

Sfera.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Baş Prokurorlarının 22-ci iclası və Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının 3-cü iclası çərçivəsində baş tutub.

 

“Saziş və əməkdaşlıq proqramı Qırğızıstan və Azərbaycanın nəzarət orqanları arasında qanunvericilik sahəsində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün nəzərdə tutulub. Sənədlərdə təcrübə və məlumat mübadiləsi, birgə tədbirlər, o cümlədən prokurorluq fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, - Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti qeyd edib.


OXŞAR XƏBƏRLƏR