Bir anda 55 milyon TOPLADI

Bir anda 55 milyon TOPLADI

ABŞ-nin vitse-prezidenti Kamala Harris artıq seçki kampaniyası üçün 100 milyon dollar toplayıb.

 

Sfera.az bildirir ki, bu barədə "ABC" telekanalı siyasətçinin qərargahına istinadən məlumat yayıb.

 

Bu məbləğ iyulun 21-dən, ABŞ prezidenti Cozef Bayden ikinci müddətə namizədliyini irəli sürməyəcəyini elan etdikdən sonra yığılıb. Bundan əlavə, 58 mindən çox insan Harrisin seçki kampaniyasında könüllü olmağa hazır olduğunu bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Demokratik Partiyası üçün pul toplayan "ActBlue" platforması Baydenin seçkilərdə iştirakdan imtina etməsindən sonra ianələrin sayında görünməmiş artım elan etmişdi. İyulun 21-i axşam saatlarına olan məlumata görə, Harris bir anda 55 milyon toplaya bilib.

 

Eyni zamanda, iyunun sonundakı məlumatlara görə, Baydenin özü 95 milyon toplamışdı.

 

İnci


OXŞAR XƏBƏRLƏR