Baydenin Kamala Harrisi namizəd etməsinin SƏBƏBLƏRİ: "Prezident yenidən seçilə bilmirsə..."

Baydenin Kamala Harrisi namizəd etməsinin SƏBƏBLƏRİ: "Prezident yenidən seçilə bilmirsə..."

Xəbər verdiyimiz kimi, ABŞ-nin hazırkı Prezidenti Co Bayden vitse-prezident Kamala Harrisi dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb.

 

Sfera.az bildirir ki, ABŞ və Kanada İnstitutunun aparıcı elmi işçisi, politoloq Artur Demçuk bu addımın səbəblərindən danışıb.

 

“Bu, Amerika siyasətinin ənənələrinə uyğundur. Əgər prezident yenidən seçilə bilmirsə, o, adətən öz seçiminin düzgünlüyünü təsdiq edərək, öz vitse-prezidentini dəstəkləyir”, - politoloq qeyd edib.

 

Onun fikrincə, Harris Amerika seçiciləri üçün Baydendən daha cəlbedici ola bilər. Ekspert qeyd edib ki, Demokratlar Partiyasının tərəfdarları onun tərəfinə keçə bilər, lakin onun populyarlığı ABŞ-nin keçmiş prezidenti Donald Trampın populyarlığından az olacaq.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. İyulun 21-də Co Bayden prezidentlik yarışından çəkildiyini açıqlayıb. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin sonuna kimi diqqətini dövlət başçısı kimi üzərinə düşən vəzifələrin icrasına yönəltsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olacaq. Daha sonra ABŞ Seçki Komissiyası Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsi barədə bildiriş alıb.

 

Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra beş saat ərzində Demokratlar onun kampaniyasına 27,5 milyon dollar bağışlayıblar. Bu gün isə "Associated Press" Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülmək üçün kifayət qədər nümayəndə səsini qazandığını bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR