Baş Prokuror media nümayəndələrini TƏBRİK ETDİ

Baş Prokuror media nümayəndələrini TƏBRİK ETDİ

“Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Baş Prokurorluqda bu gün keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş onlayn formatda keçirilən geniş kollegiya iclasında qeyd olunub.

 

Belə ki, iclasda Baş prokuror 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilməsini xatırladaraq media nümayəndələrini təbrik edib və onlara səmərəli əməkdaşlığa görə təşəkkür edib:

 

“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb. Səmərəli və sağlam, qarşılıqlı əməkdaşlıq sayəsində əldə olunan nəticələrə və cinayətkarlığa qarşı mübarizədə prokurorluq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edir, 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbriklərimizi çatdırır, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”, - Baş Prokuror qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...

Sahibə Qafarova Qalibafa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Bagirr Qalibafa başsağlığı məktubu ünvanlayıb.   ...

"Birbank" Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi

Sahibkarlara əlverişli və rahat bankçılıq xidmətləri təqdim edən Birbank Biznes bu dəfə Gəncə şəhərində və ətraf regionlarda yaşayan sahibkarlar üçün satış yarm...

Ronaldonun Corcinası kişini qum üstündə "sürüdü" - VİDEO

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezin görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, 31 yaşlı modelin meneceri ilə güləşdiyi anl...