Günay Ağamalı: “Prezident Azərbaycana qarşı yalan və dezinformasiyaları darmadağın etdi”

Günay Ağamalı: “Prezident Azərbaycana qarşı yalan və dezinformasiyaları darmadağın etdi”

"1-ci və 2-ci Şuşa Qlobal Media Forumu və bu forumda ölkə prezidenti İlham Əliyevin iştrakı, söylədiyi fikirlər, ayrı-ayrı ünvanlara göndərdiyi mesajlar Forumda iştrak edən xarici jurnalistlər vasitəsilə Dünya auditoriyasına çıxarılır və ölkəmizə qarşı dezinformasiyalar geniş şəkildə ifşa edilir."

 

Sfera.az xəbər verir ki, bunu Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı Şuşa şəhərində keçirilən “Yalan məlumatların ifşası, Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu ilə bağlı fikirlərini bölüşərkən deyib:

 

"20 İyul 2024 - cü ildə ölkəmizin mədəniyyət ocağı olan Şuşa şəhərində “Yalan məlumatların ifşası, Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. Dövlət başçısı Cənab İlham Əliyev illər uzunu Azərbaycana qarşı ayrı –ayrı media mərkəzlərinin haqqsız və ədalətsiz hücümlarının geniş miqyas aldığını konkret faktlarla önə çəkdi. Həqiqətən də 44 günlük Vətən Müharibəsi dövründə ölkə prezidenti, Müzəffər Ali Baş Komandan kimi Cənab İlham Əliyev təkcə qəhrəman Silahlı Qüvəllərimizi qələbədən qələbəyə aparmaqla kifayətlənmədi, eyni zamanda Ermənistanın, onun yanında yer alan dövlətlərin, Beynəlxalq güclərin himayəsində olan çoxsaylı informasiya vasitələrinin Azərbaycana qarşı yalan və dezinformasiyalarını darmadağın etdi.

 

Müstəqillik qazandığımız andan bu günə qədər davam edən dezinformasiyalar ölkəmizə qarşı yalnış təsəvvürlərin yaradılmasına xidmət edir. “Yalan məlumatların ifşası, Dezinformasiyaya qarşı mübarizə” devizi altında keçirilən 1-ci və 2-ci Şuşa Qlobal Media Forumu və bu forumda ölkə prezidenti İlham Əliyevin iştrakı, söylədiyi fikirlər, ayrı-ayrı ünvanlara göndərdiyi mesajlar Forumda iştrak edən xarici jurnalistlər vasitəsilə Dünya auditoriyasına çıxarılır və ölkəmizə qarşı dezinformasiyalar geniş şəkildə ifşa edilir.

 

Forumun daha bir əhəmyyəti bu ilin Noyabr ayında Bakıda keçiriləcək COP-29 Beynəlxalq Konfransı ərəfəsində Azərbaycana yönələn və ənənəvi xarakter daşıyan FAKE informasiyaların ifşasında öz əhəmiyyətli və həlledici rolunu oynadı."


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...