ABŞ mediası Əliyevin bu çıxışından yazır

ABŞ mediası Əliyevin bu çıxışından yazır

Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər, beynəlxalq ekspert və jurnalistlərin sualları ilə bağlı şərhləri ABŞ mediasında da işıqlandırılıb.

 

Sfera.az xəbər verir ki, ölkənin nüfuzlu “Blumberq” nəşri ölkə başçısının Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini 2025-ci ildə dayandıracağı və Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı fikirləri barədə yazıb. Yazıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev bildirib ki, Ukrayna və Avropa İttifaqı bu müqavilənin uzadılmasında yardımçı olmaq üçün Azərbaycana müraciət edib. Dövlət başçısının sözlərinə görə, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Materialda dövlət başçısının bu mövzuda fikirlərinə geniş yer verilib.

 

Həmçinin Prezident İlham Əliyevin Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirləri də ABŞ mediasında geniş dərc olunub. “Voice of America”, “Qazette”, “US Nyus”, “Denver Gazette” kimi nəşrlərdə dərc olunmuş yazılarda Prezident İlham Əliyevin Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistanla münasibətlərinə müdaxilə etməkdə ittiham etməsi vurğulanıb. Sözügedən saytlarda həmçinin Prezident İlham Əliyevin Fransanın hələ də müstəmləkə altında saxladığı ərazilər və Azərbaycanın keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün onlara kömək edəcəyinə dair fikirləri yer alıb.


OXŞAR XƏBƏRLƏR

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan ...

Qızıl və gümüş BAHALAŞDI

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.33% artaraq 3,317.02 ABŞ dollarına bərabər olub. Sfera.az xə...

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instaqram" hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. ...

Prezident və xanımı Fəxri xiyabanda...

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. &n...

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...