Prezident onun adından yayılan saxta elanlardan danışdı

Prezident onun adından yayılan saxta elanlardan danışdı

Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç birinin nə mənə, nə də Azərbaycana aidiyyəti var".  

 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda bildirib.

 

Dövlət başçısı qeyd edib ki, süni intellekt hazırda tamamilə yeni müstəviyə çıxmaqdadır və təəssüf ki, böyük sayda insanlar buna inanır.

 

"Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn, buraya pul yatırın, oraya pul yatırın. Lakin bu yolla getsələr fərqli elanlar olacaq: mənim adımdan bəlkə də müharibə elan edərlər və kimsə buna inana bilər və hansısa digər müəyyən tədbirlər həyata keçirə bilər" , - İlham Əliyev vurğu

layıb.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...