"Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir" - Ərdoğan

"Kiprdə nizamlanma üçün iki dövlətin tanınması şərtdir" - Ərdoğan

Kipr probleminin həlli yalnız bölünmüş adada iki dövlətin mövcudluğu faktının tanınması ilə mümkündür.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lefkoşada çıxışı zamanı deyib.

 

“Kipr probleminin federativ qaydada həllinə inanmırıq. Uzun illər əvvəl İsveçrədə qaldığımız yerdən danışıqları davam etdirməyin heç kimə faydası olmayacaq”, - o bildirib.

 

Ərdoğan vurğulayıb ki, məsələnin həlli üçün Kiprdə münaqişə tərəfləri danışıqlar masası arxasına oturmalı və bütün məsələlərdə bərabər hüquqlara malik olmalıdırlar. Onun sözlərinə görə, sabit həll yalnız iki dövlətin tanınması əsasında mümkündür.

 

“Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində göstərdiyimiz səylərin bir nümunəsi Prezident Ersin Tatarın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirakı oldu. Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə qətiyyətli liderliyinə görə bir daha təşəkkür etmək istəyirəm”, - Ərdoğan əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...

DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Az...

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radoms...

Cavan dəriyə sahib olmağın SİRRİ

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlərdən daha az qorunur. Dərinin xarici təbəqəsi olan epidermis yaş artdıqca xüsusilə incələşi...