"Dayanın, hərəkət etməyin!" - Mina təhlükəsi ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Dayanın, hərəkət etməyin!" - Mina təhlükəsi ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub.

 

Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır:

 

• Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!

 

• Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!

 

• Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!

 

Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Nəticədə, minaya düşən sakin və ona kömək etmək istəyən daha bir şəxs yaralanıb. Daha sonra hər iki yaralıya kömək etmək istəyən üçüncü sakinin əraziyə daxil olması ilə ikinci partlama baş verib və xəsarət alanların sayı üçə çatıb.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...