Tanınmış siyasətçilər Trampın qələbəsini dəyərləndirdilər: "Qalib gəlmək şansı..."

Tanınmış siyasətçilər Trampın qələbəsini dəyərləndirdilər: "Qalib gəlmək şansı..."

Donald Tramp ABŞ seçkilərində Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq üçün kifayət qədər səs toplayıb. Qurultay zamanı partiya rəsmi olaraq Trampı prezidentliyə namizəd kimi irəli sürüb. Həmçinin Nümayəndələr Palatasının spikeri Mayk Conson senator Ceyms Devid Vensini vitse-prezidentliyə namizəd kimi təsdiqləyib.

 

Sfera.az “TASS”a istinadən bildirir ki, bir sıra tanınmış siyasətçilər Trampın mümkün seçki qələbəsi, o cümlədən Ceyms Devid Vensinin namizədliyini dəyərləndiriblər. 

 

Ceyms Devid Vensi bildirib ki, Tramp seçkidə qalib gələrsə, ölkənin diqqətini Çinlə qarşıdurmaya yönəldəcək, Ukrayna böhranının həlli üçün Moskva və Kiyevlə müzakirələr aparacaq. Viskonsin qubernatoru Skot Uolker Trampın qalib gələcəyi təqdirdə ABŞ-yə daha dinc vaxtların gələ biləcəyinə əminliyini ifadə edib.

 

Respublikaçılar Partiyasının yüksək vəzifəli rəsmisi qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin heç bir vasitəçi olmadan həlli üçün Rusiya lideri Vladimir Putinlə dialoqa getməyə hazır olacaq. Vaşinqton ştatının nümayəndəsi Hossein Khorram deyib ki, Tramp seçkilərdə qalib gələrsə, Ukraynadakı münaqişəyə son qoymağa qadirdir.

 

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Heusgenin sözlərinə görə, ABŞ prezidenti Co Baydenin qalib gəlmək şansı yoxdur. Onun fikrincə, Trampın sui-qəsd cəhdi təcrübəsi və ondan öz məqsədləri üçün instinktiv şəkildə istifadə etməsi respublikaçıların böyük qələbə qazanmasına kömək etməlidir.

 

Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, Tramp qalib gəlsə, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün vasitəçi rolunu öz üzərinə götürməyə hazır olacaq. Onun sözlərinə görə, Trampın mümkün seçki qələbəsi Aİ-yə baha başa gələcək.  

 

Avropanın yüksək vəzifəli rəsmiləri isə “Politico”ya bildiriblər ki, Ceyms Devid Vensinin Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi seçilməsi “Ukrayna üçün fəlakət” olacaq. İş adamı, milyarder İlon Mask isə Trampın Ceyms Devid Vensini ölkənin vitse-prezidentliyinə namizəd kimi təklif etmək qərarını düzgün seçim adlandırıb. 

 

Son olaraq, ABŞ Prezidenti Co Bayden isə Tramp və namizədi Ceyms Devid Vensi arasında siyasi baxımdan heç bir fərq görmədiyini bildirib.  O, Ceymsi “Trampın siyasi klonu” adlandırıb. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR