Logo

“Qarabağ” bu gün iki oyuna çıxacaq

"Qarabağ" bu gün iki oyuna çıxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama görüşü keçirəcək.

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Xorvatiya “Slaven”i ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Günün ikinci matçında isə Azərbaycan çempionu saat 19:00-da Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada keçirdiyi ilk iki matçda Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə uduzub, Çexiyanın “Viktoriya” (Plzen) komandasını isə 2:1 hesabı ilə məğlub edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR