“Trampın təhlükəsizlik xidməti ciddi səhvlərə yol verib” - Yeltsinin mühafizəçisindən AÇIQLAMA

“Trampın təhlükəsizlik xidməti ciddi səhvlərə yol verib” - Yeltsinin mühafizəçisindən AÇIQLAMA

İyulun 13-də sui-qəsdə məruz qalan və bunun nəticəsində yaralanan Amerikanın 45-ci prezidenti və hazırda prezidentliyə namizəd olan Donald Trampın təhlükəsizlik xidməti ciddi səhvlərə yol verib.

 

Sfera.az xəbər verir ki, bunu sui-qəsd faktını “Lenta.ru” saytına şərh edən zaman Rusiyanın birinci prezidenti Boris Yeltsinin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr Korjakov bildirib.

 

Korjakov təhlükəsizlik xidmətinin səhvini açıqlayıb. Onun fikrincə, əsas səhv əraziyə cəlb edilən təhlükəsizlik xidməti əməkdaşlarının sayının az olmasıdır:

 

“İnsanların sayını nəzərə alsaq, görürük ki, hücumun baş verdiyi tədbirdə təhlükəsizlik işçilərinin sayı az olub. Ərazidə təhlükəsizlik məqsədilə cəmi iki snayper var idi və əlbəttə ki, orada bir adam atəş açdıqda polis pis hərəkət edib. Ərazidə Trampın məxfi xidməti fəaliyyət göstərib, onların da sayı kifayət qədər olmayıb. Belə böyük tədbir zamanı daha çox snayper olmalıdır. Onlar fiziki olaraq bütün məkanı əhatə edə bilmədilər”.

 

Xatırladaq ki, iyulun 13-də baş verən sui-qəsdin törədicisi Trampın çıxış etdiyi tribunadan 140 metr kənarda məhv edilib. Daha sonra öldürülən şəxsin evində və avtomobilində partlayıcı qurğular tapılıb. Tramp isə bildirib ki, məxfi xidmət ilk cəhddə atəş açanı öldürməkdə fantastik iş görüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?

Uşaqlar arasında parvovirus yayılıb.   Sfera.az xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur.  ...

Qusarda qəzaya düşənlərin kimliyi bilindi

27.06.2025-ci il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar ...

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...