Logo

MDB PA-nın nümayəndələri Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edəcəklər

MDB PA-nın nümayəndələri Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edəcəklər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləyəcəklər.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.

Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko tərəfindən təklif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR