Ərdoğandan III Dünya müharibəsi barədə AÇIQLAMA: "Düzünü desəm..."

Siyasət
13:10 / 13.07.2024
9760
"Üçüncü Dünya müharibəsi riski yoxdur".
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitindən sonra deyib.
“Düzünü desəm, mən bu riski görmürəm və görmək də istəmirəm. Əvvəllər dünyanı müharibəyə sürükləyən səbəbləri və görülməyən tədbirləri xatırlasaq, bu gün bu səhvlərə yol verməmək üçün diqqətli olmalıyıq”.
Onun sözlərinə görə, bütün ölkələr səylərini müharibəyə deyil, sülhün əldə olunmasına yönəltməlidir.
Firuzə Əliyeva