Rusiyada məhkəmə işləri bahalaşdırılacaq - YENİLİK

Rusiyada məhkəməyə müraciət üçün dövlət rüsumları ciddi şəkildə artırıla bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Forbes” parlamentin müvafiq qanun layihəsini qəbul etməyi təklif edən Dövlət Dumasının Büdcə və Vergilər Komitəsinə istinadən məlumat yayıb.
Nəşr hansı iddialar üzrə rüsumların bahalaşdırılacağını da yazıb. Layihəyə əsasən, borclunu müflis elan etmək üçün arbitraj məhkəmələrinə müraciət edən şəxslərin bunun üçün indiki kimi 300 rubl deyil (5,8 manat), on min rubl (194 manat) ödəməli olacaq. Hüquqi şəxslər üçün rüsum 100 min rubla (1940 manat) qədər artacaq. Əgər müraciət əmlakın qiymətləndirməsi ilə bağlı olacaqsa, iddianın məbləğindən asılı olaraq ödəniş on min rubldan 725 min rubl (14 min manat) arasında olacaq.
Kassasiya şikayətləri üçün müraciətlərin qiyməti də kəskin artırılacaq. Bu cür müraciətlər 16,5 dəfə bahalaşdırılaraq 50 min rubla çatdırılacaq. Ali Məhkəməyə kassasiya şikayəti isə 80 min rubla başa gələcək.
Vasif