"Heç bir əhəmiyyəti yoxdur, çünki..." - Blinken və Lavrov arasında görüş keçiriləcəkmi?

"Heç bir əhəmiyyəti yoxdur, çünki..." - Blinken və Lavrov arasında görüş keçiriləcəkmi?

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında keçirilən tədbirlər çərçivəsində Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmayıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

Ryabkov söyləyib ki, rəsmi Vaşinqton Moskvadan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Antoni Blinkenin Nyu-Yorkda görüş keçirməsini tələb etməyib. Onun sözlərinə görə, belə bir görüşə ehtiyac da yoxdur:

 

“Məncə, bunun heç bir əhəmiyyəti yoxdur, çünki ona verə biləcəyimiz suallarımız yoxdur".

 

Diplomatın sözlərinə görə, yaranan konkret vəziyyətlərdə lazım olan bütün siqnallar mövcud kanallar vasitəsilə tərəflərə çatdırılır. Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, Moskva Amerika tərəfinin ikitərəfli münasibətlərə hazırki yanaşmasını başa düşür və bu yanaşmada heç bir dəyişiklik gözlənilmir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...